Alman siyasətçidən çağırış: “Əziz gürcülər, Avropayönlü partiyalara qoşulun” 

09:38 07.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Əziz gürcülər, demokratiya siyasi iştirak olmadan ölür, ona görə də xahiş edirəm, Avropayönlü partiyalara qoşulun və ya yaradın”.

Hafta.az-ın yazdığına görə, bu haqda Almaniya Bundestaqı Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sosial şəbəkədə yazır.

“Azadlıq və demokratiya üçün küçələrə çıxdığınız və Avropa Gürcüstanı uğrunda mübarizə apardığınız üçün sizə təşəkkür edirəm. Siyasət çox mürəkkəbdir. Siyasət çirkli deyil, onu siyasətçilər çirkləndirirlər- bunu çox yaxşı bilirəm. Burada qeyd edilməlidir ki, demokratiya siyasi iştirak olmadan ölür. Ona görə də xahiş edirəm, Avropayönlü partiyalara qoşulun. Parlament demokratiyası fonunda siyasi dəyişikliklər uğrunda mübarizə dünyanın ən yaxşı təcrübəsidir - Gürcüstan buna layiqdir!”- Mixael Rot yazır.

Siyasət rubrikasından digər xəbərlər